Cənin batalyonunun sionist əsgərlərə qarşı atışma əməliyyatının videosu yayımlanıb-Video

Cənin batalyonunun sionist əsgərlərə qarşı atışma əməliyyatının videosu yayımlanıb-Video

Fələstin İslami Cihad hərəkatının İordan çayının qərb sahilindəki hərbi qolu olan Cənin batalyonu bu cümə axşamı səhər saatlarında döyüşçülərinin sionist qüvvələrə qarşı atışma əməliyyatlarının şəkillərini yayıb.

Əl-Əhd internet saytının məlumatına görə, Fələstin İslami Cihad hərəkatının İordan çayının qərb sahilindəki hərbi qolu olan Qüds batalyonlarına bağlı Cənin batalyonu bu gün səhər saatlarında öz döyüşçülərinin sionist qüvvələrə qarşı atışma əməliyyatlarının şəkillərini dərc edib.

Cənin batalyonu elan edib ki, bu atışma əməliyyatları İordan çayının qərb sahilində sionist qüvvələrin üç fələstinlinin şəhadətinə cavab olaraq həyata keçirilib.

İşğalçı sionist qüvvələrin səhər tezdən Cəninə hücumu nəticəsində 3 fələstinli şəhid olub, bir neçə nəfər isə yaralanıb. Tibb mənbələri 3 fələstinli gənc Tariq Əd-Diməc, Sidqi Zəkarənə və Əta Şəlbinin sionist əsgərlər tərəfindən güllələnərək öldürüldüyünü açıqlayıb.

Sionistlərin Cəninə hücumundan sonra onlarla müqavimət döyüşçüləri arasında şiddətli silahlı toqquşmalar baş verib. Bu 3 gəncin şəhadətindən sonra fələstinli qruplar ictimai matəm və ümummilli tətil elan edib və bu gün Cənindəki bütün məktəblər bağlanıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

7 − two =