Cəninin cənubunda 3 Fələstin müqavimət qüvvəsi şəhid olub

Cəninin cənubunda 3 Fələstin müqavimət qüvvəsi şəhid olub

Sionist rejim xüsusi təyinatlılarının bu gün səhər saatlarında Cənin şəhərinin cənubundakı bir qəsəbəyə hücumunda İslami Cihad hərəkatına bağlı üç fələstinli müqavimət qüvvəsi şəhid olub.

Sionist qüvvələrin bu gün Cənin şəhərinin “Cəbə” qəsəbəsinə hücumu və Fələstin vətəndaşlarının avtomobilini atəşə tutması nəticəsində 3 nəfər şəhid olub.

Fələstinin “Şahab” xəbər agentliyinin məlumatına görə, Fələstinin Səhiyyə Nazirliyi “Sufyan Ədnan İsmail Faxuri” (26 yaş) və “Nayif Əhməd Yusif Məlaişə” (25 yaş) və “Əhməd Məhəmməd Zəyb Fəşafəşə (22 yaş) şəhid olub.

Sionist rejimin 12-ci kanalı Cənində qətlə yetirilən bu üç fələstinlinin İslami Cihad hərəkatının hərbi qolu olan “Sərayəl-Qüds” qüvvələrinin üzvləri olduğunu açıqlayıb.

Bu xəbərə əsasən, bu gün səhər sionist rejimin xüsusi təyinatlı qüvvələri bu qəsəbədə müqavimət qüvvələri ilə toqquşub və nəticədə, bu üç gənc şəhid olub.

Cənin briqadasının komandirlərindən olan fələstinli Sufyan Faxurinin şəhid olmasına səbəb olan terror əməliyyatından sonra Cəbə qəsəbəsində qarşıdurmanın davam etdiyi bildirilir.

Şahidlər deyirlər ki, İsrail xüsusi təyinatlıları Cəbə qəsəbəsinə soxularaq Cənin briqadasının müqavimət qüvvələrinin yolunda pusqu qurub, Fələstin qüvvələrinə məxsus avtomobili hədəfə alıb, sonra isə onlara atəş açaraq, 3 fələstinlinin şəhid olmasına səbəb olub.

Sionist “Yediot Aharonot” qəzeti də “Şabak”a bağlı “Yamas” birliyinin Cənin yaxınlığında sui-qəsd əməliyyatı həyata keçirdiyini təsdiqləyib.

Fələstin mediası həmçinin, elan edib ki, bu gün Cəbə qəsəbəsində davam edən döyüşlərdən sonra Fələstin müqavimət qüvvələri işğalçı qüvvələrin pilotsuz təyyarəsini vurmağa nail olub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

two × 4 =