Cənin düşərgəsində sionistlərə hücum etməklə bağlı ümumi hazırlıq elan edilib-Video

Cənin düşərgəsində sionistlərə hücum etməklə bağlı ümumi hazırlıq elan edilib-Video

Cənin düşərgəsindəki müqavimət qrupları ümumi hazırlıq elan edərək Davud Əz-Zubeydinin şəhadəti ilə bağlı da ümumi matəmin başlandığını bildiriblər.

Dünən gecə “Davud Əz-Zubeydi”nin şəhadətindən sonra “Cənin” düşərgəsində minlərlə insanın sionist əleyhinə nümayişlərdə iştirakından sonra düşərgədəki müqavimət qrupları bütün məntəqədə ümumi hazırlıq elan edib.

 “Ərəb 21” internet saytının məlumatına görə, Cənindəki müqavimət qrupları ümumi tətil və matəm elan edərək, bütün bölgədə hazır olduqlarını bildirmiş və sionistlərə hücum etmək üçün müqavimətin bütün üzvlərinə yaşıl işıq yandırmışlar.

Bununla bağlı Tel-Əvivdəki qəhrəmanlıq əməliyyatının icraçısı, şəhid “Rəd Hazimin” atası “Fəthi Hazim” də Cənin düşərgəsinin sionistlərə qarşı vahid orduya çevrildiyini bildirib.

O, müqavimət qruplarını bir bayraq altında birləşməyə çağırıb və Fələstin silahlı qrupları arasında heç bir fərq olmadığını deyib.

Müqavimət qrupları həmçinin Davud Əz-Zubeydinin şəhadətinə görə sionistlərdən, xüsusilə Knessetin ekstremist nümayəndəsi İtmar bin Qafirdən intiqam alacaqlarını bəyan ediblər. Qeyd edək ki, şənbə günü axşam bir sıra sionist mühacirlər Knessetin ekstremist nümayəndəsi İtmar bin Qafirlə birlikdə Rambam xəstəxanasına hücum edərək Davud Əz-Zubeydinin müalicəsinin dayandırılmasını tələb ediblər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

3 × two =