Cənin və Tulkərimdə sionist əsgərlərlə müqavimətin silahlı qarşıdurması baş verib

Cənin və Tulkərimdə sionist əsgərlərlə müqavimətin silahlı qarşıdurması baş verib

Fələstin mənbələri sionist qüvvələrin İordan çayının qərb sahilinin müxtəlif bölgələrinə hücumuna işarə edərək, Cənin, Tulkərim və Şimali Əğvarda müqavimət və sionistlər arasında silahlı toqquşmaların baş verdiyini bildiriblər.

Mehr xəbər agentliyinin Fələstinin Əl-Yəvm saytına istinadən verdiyi məlumata görə, sionist qüvvələrin səhər tezdən İordan çayının qərb sahilinin müxtəlif bölgələrinə hücumu zamanı bir fələstinli gənc sionist güllələrindən yaralanıb.

Yerli mənbələr bu gün səhər sionist ordusunun Cəninə qarşı kütləvi hücuma keçdiyini və bunun silahlı toqquşmaların başlamasına səbəb olduğunu bildiriblər. Bu toqquşmalar nəticəsində bir fələstinli gənc yaralanıb, o, xilasetmə qüvvələrinin iştirakı ilə dərhal xəstəxanaya aparılıb.

Bu gün sionist əsgərlər də Tulkərimdəki Nur Şəms düşərgəsinə hücum edib və bu, ərazidəki müqavimət döyüşçüləri ilə silahlı qarşıdurmaya səbəb olub.

Yerli mənbələr Qüds Batalyonlarına (İslami Cihad Hərəkatının hərbi qolu) bağlı Tulkərim Batalyonunun qarşılıq verdiyi bu hücumda sionist ordusunun böyük bir hissəsinin iştirak etdiyini açıqlayıb.

Bu silahlı qarşıdurmada müqavimət döyüşçüləri sionistləri hədəfə alıb, onlara əldəqayırma bombalar atıblar.

Ötən axşam Fələstin mənbələri müqavimət döyüşçülərinin Şimali Əğvar bölgəsində sionist rejimin nəzarət-buraxılış məntəqəsinə qarşı atışma əməliyyatı barədə məlumat yayıblar.

Bu əməliyyatdan sonra sionist əsgərlər onun icraçısını və ya icraçılarını axtarmağa başlayıblar.

Muti Statistika Mərkəzi bildirib ki, son 24 saat ərzində İordan çayının qərb sahilində 22 müqavimət əməliyyatı baş verib, onlardan 5-i sionist əsgərlərə qarşı atəş əməliyyatı olub.

İordan çayının qərb sahilində 5 fələstinli həbs edilib.

Sionist rejim ordusu ordu qüvvələri, Şabak və bu rejimin sərhəd mühafizəsinin İordan çayının qərb sahilinin müxtəlif bölgələrinə səhər erkən hücumlarında 5 fələstinli gənci həbs etdiklərini elan edib.

Sionist mühacirlər Əl-Əqsa məscidinə hücum ediblər.

Bu gün (bazar günü) bir sıra sionist mühacir bu rejim hərbçilərinin güclü dəstəyi ilə Məscidül-Əqsaya hücum ediblər.

Hebronun şimalında atışma nəticəsində iki nəfər ölüb, bir neçə nəfər yaralanıb.

Nəticədə Hebronun şimalındakı Beyt Əmr qəsəbəsində iki fələstinli həlak olub, bir neçə nəfər isə yaralanıb.

Fələstin Polisinin sözçüsü Levi Ər-Rəziqat bu iki nəfərin ölümünü təsdiqləyərkən, Beyt Əmr qəsəbəsindəki polis qüvvələri və təhlükəsizlik xidmətlərinin bununla bağlı araşdırmalara başladığını vurğulayıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

nine − 3 =