Cənində atışma əməliyyatı: Qəzzə ətrafında bir sionist öldürülüb

Cənində atışma əməliyyatı: Qəzzə ətrafında bir sionist öldürülüb

Fələstin mənbələri müqavimət döyüşçülərinin Cəninin qərbində (İordan çayının qərb sahilinin şimalında) yeni əməliyyatlarını açıqlayıb.

Fələstin mediasına istinadən verilən məlumata görə, cümə axşamı axşam sionistlərin maşınları Cənin yaxınlığında atəşə tutulub.

İbrani mənbələri etiraf ediblər ki, bu gün axşam saatlarında Cəninin cənub-qərbindəki Dotan nəzarət-buraxılış məntəqəsi yaxınlığında bir neçə sionist avtomobili atəşə tutulub.

Bu atışma əməliyyatının daha ətraflı təfərrüatları hələ açıqlanmayıb.

Bu gün səhər saatlarında Cənin batalyonunun (İslami Cihad Hərəkatının hərbi qolu olan Qüds Batalyonlarına bağlı) müqavimət döyüşçüləri Əl-Cəlmə məntəqəsində sionistlərin təhlükəsizlik qərargahını hədəfə alıblar.

İbrani mənbələri Qəzzə yaxınlığındakı Nativ Həsəra sionist qəsəbəsi yaxınlığında bir sionistə məxsus avtomobillə fələstinli fəhlələri daşıyan avtobusun qəzaya uğraması nəticəsində bir sionistin həlak olduğunu və 11 fələstinli fəhlənin yaralandığını açıqlayıb.

Sionist mənbələr bu hadisənin təfərrüatlarını açıqlamasa da bu mediada onun şəkilləri dərc olunub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

20 − 8 =