Cənində baş verən qarşıdurmada 2 şəhid, 4 yaralı var

Cənində baş verən qarşıdurmada 2 şəhid, 4 yaralı var

Fələstin Səhiyyə Nazirliyi fələstinli hərbçilərlə sionist hərbçilər arasında baş verən şiddətli toqquşmalarda iki fələstinlinin şəhadəti və daha 4 nəfərin yaralandığını elan edib.

Məlumata görə, Fələstin mediası İordan çayının qərb sahilində yerləşən Cənin şəhərində fələstinli hərbçilərlə sionist qüvvələr arasında şiddətli qarşıdurmanın baş verdiyini bildirib.

Fələstin Səhiyyə Nazirliyi Cənində baş verən qarşıdurmada İsrail əsgərləri tərəfindən iki fələstinlinin şəhid olduğunu, dördünün isə yaralandığını bildirib.

 “Shahab News” saytının xəbərinə görə, yerli mənbələr bu şəhidlərdən biri olan “Faruq Sələmə”nin İslami Cihad hərəkatının hərbi qolu olan Sərayəl-Qüdsün komandirlərindən biri olduğunu bildirib.

Həmçinin bu toqquşmalar nəticəsində 4 fələstinli yaralanıb.

Əl-Məyadin kanalının məlumatına görə, Cənin briqadası da bu dəstənin komandirlərindən olan Faruk Cəmil Sələmənin şəhadətini təsdiqləyib.

Bu xəbərə əsasən, toqquşmalar hələ də davam edir və sionist əsgərlər fələstinli döyüşçülərdən birinin olduğu evi mühasirəyə alıblar.

Bu gün (3 noyabr cümə axşamı) bir fələstinli gənc Məscidül-Əqsanın girişlərindən birində sionistlərə hücum edərək, onlardan üçünü bıçaqla yaralayıb və sionist əsgərlər fələstinli gəncə atəş açaraq onu qətlə yetiriblər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

ten − 8 =