Cənində fələstinli döyüşçünün şəhadəti/ şəhidlərin sayı 222 nəfərə çatıb

Cənində fələstinli döyüşçünün şəhadəti/ şəhidlərin sayı 222 nəfərə çatıb

Fələstin mənbələri İordan çayının qərb sahilinin şimalındakı Cənin şəhərində bir müqavimət döyüşçünün şəhid olduğunu bildirib. Bu gənc fələstinlinin şəhid olması ilə bu ilin əvvəlindən Qəzza və İordan çayının qərb sahilində şəhidlərin sayı 222-yə çatıb.

Mehr xəbər agentliyinin Fələstin mediasına istinadən verdiyi məlumata görə, bu bazar ertəsi səhər saatlarında fələstinli müqavimət döyüşçülərindən biri Cənin düşərgəsində şəhid olub.

 “Tamer Nəşrəti” bir neçə gün əvvəl Cənin düşərgəsində sionist işğalçı qüvvələrlə silahlı toqquşmada yaralanan və nəhayət, bu bazar ertəsi səhər yaranın şiddətindən dünyasını dəyişən Cənin batalyonunun mühəndis bölməsinin döyüşçülərindən biri idi.

Fələstinin Səhiyyə Nazirliyi də açıqlama yayıb: “Cənin düşərgəsindən olan 23 yaşlı fələstinli Tamer Əzmi Arif Nəşrəti bu səhər şəhid olub.

Fələstin Səhiyyə Nazirliyinin verdiyi açıqlamaya görə, onun şəhadəti ilə 2022-ci ilin əvvəlindən bu yana fələstinli şəhidlərin sayı 222 nəfərə çatıb, onlardan 169 nəfəri İordan çayının qərb sahilində, 53 nəfəri isə Qəzzə zolağında şəhid olub.

İzzədin Qəssam batalyonlarına (HƏMAS hərəkatının hərbi qolu) bağlı Cənin batalyonu bir bəyanat yayaraq elan edib: Tamer Nəşrəti sionist qüvvələrin Cənin düşərgəsinə hücumu zamanı yaranan qarşıdurmada yaralanıb.

Son günlər fələstinli döyüşçülər İordan çayının qərb sahilinin müxtəlif bölgələrində, xüsusilə Cənin və Nablusda sionist hərbçilərlə çoxsaylı silahlı toqquşmalara məruz qalıblar.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

20 − 16 =