Cənubi Afrika: Heç bir şey soyqırıma haqq qazandırmaz
Cənubi Afrikanın ədliyyə naziri Ronald Lamola, Haaqada yerləşən Beynəlxalq Ədalət Məhkəməsində (ICJ) İsrailə qarşı qaldırdıqları soyqırım iddiasının dinləmələri bitdikdən sonra məhkəmə binasını tərk edərkən mətbuata açıqlama verib.
Ölkəsinin sionist İsrailə qarşı Soyqırım Konvensiyasını pozduğu səbəbiylə məhkəməyə müraciət etdiyinə diqqət çəkən Lamola, Qəzzada İsrailin işğalçı hərəkətlərinin soyqırım olduğunu bildirib.
Lamola deyib: “Hazırda İsrailin icazə verdiyi soyqırım aktlarına heç nə haqq qazandırmır. Heç bir şey soyqırıma haqq qazandıra bilməz.”