Cənubi Afrika Konstitusiya Məhkəməsi Tel-Əvivi dəstəklədiyinə görə üzr istəyib
Cənubi Afrika Konstitusiya Məhkəməsinin keçmiş rəhbəri ölkənin İsraillə münasibətlərini dəstəklədiyinə dair ötən il verdiyi açıqlamalara görə üzr istəyib.
Cənubi Afrika Respublikasının Konstitusiya Məhkəməsinin keçmiş sədri Mojvinq Moxvinq ötən il sionist rejimi dəstəklədiyi və ölkəsinin Fələstin tərəfdarı siyasətini tənqid etdiyi barədə verdiyi açıqlamalara görə üzr istəyib.
Əl-Cəzirə internet saytının məlumatına görə, Mojvinq Tel-Əvivə dəstək ifadələrindən təxminən bir il sonar, dünən verdiyi açıqlamada siyasi mübahisəyə qarışdığı üçün üzr istəyib.
Mübahisə Pretoriyanın sionist rejimə qarşı siyasətlərinin tənqidi və ölkənin sionist rejimlə münasibətlərində dəyişiklik edilməsi təklifi ilə müşayiət olunub.
Keçən il təqaüdə çıxan Cənubi Afrika Konstitusiya Məhkəməsinin hakimi açıqlamasında “Qanuna görə, mən qeyd-şərtsiz üzr istəməyə borcluyam.” – deyib.
Keçən il Mujvinq sionist “Jerusalem Post” qəzetinin təşkil etdiyi konfransda iddia etmişdi ki, Cənubi Afrika İsrail-Fələstin məsələsində oyun qaydalarını dəyişmək üçün yaxşı fürsətdən özünü məhrum edib.
Lakin son illərdə Cənubi Afrika Fələstin məsələsinə dəstək mövqeyi tutdu. O dərəcədə ki, ötən il ölkə Tel-Əvivlə diplomatik münasibətlərinin səviyyəsini bir vasitəçi ofisi səviyyəsinnə qədər endirdi.