Cənubi Afrikada yeni anti-sionist addım

Cənubi Afrikada yeni anti-sionist addım

Cənubi Afrika Parlamenti bu rejimin fələstinlilərə qarşı cinayətlərinə görə sionist rejimlə diplomatik əlaqələrin səviyyəsinin azaldılmasına dair qətnamə layihəsinə səs verib.

Mehr xəbər agentliyinin Ərəbi 21-ə istinadən verdiyi məlumata görə, Cənubi Afrika Parlamenti bu rejimin fələstinlilərə qarşı cinayətlərinə görə sionist rejimlə diplomatik əlaqələrin səviyyəsinin azaldılmasına dair qətnamə layihəsinə səs verib.

Bu qətnamə layihəsini parlamentə təqdim edən Milli Azadlıq Partiyası açıqlamasında belə elan edib: Bu cür hərəkətlər irqi ayrı-seçkiliyə qarşı mübarizənin mərhum lideri Nelson Mandelanın addımları ilə dəstəklənir.

Bu, Mandelanın fəxr edəcəyi bir məqamdır. O, həmişə deyirdi ki, fələstinlilərin azadlığı olmadan bizim azadlığımız kamil deyil.

İsrail fələstinliləri didərgin salmaq və onları öldürməklə yaradılmışdır.

Onlar fələstinlilərə nəzarət etmək üçün aparteid sistemi qurdular. Cənubi Afrikalılar olaraq biz bu aparteid rejiminin yanında olmağın əleyhinəyik.

Qeyd edək ki, Cənubi Afrika 1995-ci ildən və iki ölkə arasında rəsmi siyasi əlaqələrin başlamasından bu yana Fələstin xalqını və onun idealını həmişə dəstəkləyib.

2019-cu ildə bu ölkə Tel-Əvivlə diplomatik əlaqələr səviyyəsini aşağı salıb və öz səfirini geri çağırıb. Cənubi Afrikanın bu hərəkəti sionist rejimin Fələstin xalqına qarşı törətdiyi cinayətlərə görə olub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

3 + twelve =