Cənubi Koreya ilk kəşfiyyat peykini buraxır

Cənubi Koreya ilk kəşfiyyat peykini buraxır

Publika.az bu barədə Yonhap agentliyi Müdafiə Təchizat Proqramı Administrasiyasına (DAPA) istinadla xəbər verir.

DAPA ölkə parlamentində milli müdafiə komitəsinin iclasında elektro-optik və infraqırmızı müşahidə sistemləri olan aparatın işə salınması planını açıqlayıb. 1,2 trilyon von (927 milyon dollar) dəyərində qiymətləndirilən layihənin bir hissəsi olaraq Seul sintetik aperturlu radarlarla təchiz edilmiş dörd cihaz almağı da planlaşdırır.

Qeyd olunur ki, layihə Cənubi Koreyanın Pxenyanın hərbi fəaliyyətini izləmək imkanlarını artıracaq və ölkənin xarici kəşfiyyatdan asılılığını azaldacaq.

Publika.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

thirteen − 10 =