Cənubi Koreya İran səfirini XİN-ə çağırıb

Cənubi Koreya İran səfirini XİN-ə çağırıb

Səudiyyə Ərəbistanından Cənubi Koreyaya etanol maddəsi daşıyan gəminin saxlanılmasından sonra İran səfiri XİN-ə çağırılıb.

İnterAz SalamNews-a istinadla xəbər verir ki, İranın Seuldakı səfiri Cənubi Koreya Xarici İşlər Nazirliyinə çağırılıb.

Cənubi Koreya Fars Körfəzində takerinin saxlanılmasına görə İran tərəfinə etirazını bildirib.

Eyni zamanda Cənubi Koreya mənbələri bildiriblər ki, bu ölkə danışıqlar üçün İrana nümayəndə heyəti göndərmək niyyətindədir.

Qeyd eədk ki, İran tərəfinin bəyanatına görə, bu ölkənin Limanlar İdarəsinin tələbi ilə Cənubi-Koreya bayrağı altında üzən gəmi saxlanılıb və Bəndər-Abbas limanına istiqamətləndirilib.

Əlavə edilib ki, “Honkuk Chemi” gəmisi “ekologiyanın çirkləndirilməsində dəfələrlə qanun pozuntularına yol verdiyinə görə” saxlanılıb, onun və ekipajının işi ölkənin aidiyyatı məhkəmə orqanlarına verilib. Sudiyyə Ərəbistanın əl-Cəbil limanından Hindistana yollanan gəmidə 7,200 ton etanol mayesi yükü olub.

Bildirək ki, son aylarda ABŞ sanksiyalarından dolayı İranla Cənubi-Koreya arasında maliyyə depozitləri və köçürmələri haqda problemlər yaşanmaqdadır. Cənubi Koreya banklarında İrana aid 7 milyard dolların olduğu və bu pulların İrana verilməsində çətinliklərin yarandığı qeyd edilir. İranın Mərkəzi Bankı Cənubi-Koreyanın bu işdə vədlərinə əməl etmədiyini bildirmişdi.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

nineteen − twelve =