Cənubi Koreya it ətinin yeyilməsini qadağan edən qanunu qəbul etməyə hazırlaşır

Cənubi Koreya it ətinin yeyilməsini qadağan edən qanunu qəbul etməyə hazırlaşır

Cənubi Koreya qədim ənənə ilə bağlı mübahisələrə birdəfəlik son qoymaq üçün it ətinin yeyilməsini qadağan etmək qərarına gəlib.

Bu barədə hakim partiyanın rəhbəri Yu Yuy Don bildirib.

“İt ətinin yeyilməsi ilə bağlı yaranmış sosial ziddiyyətlərə və münaqişələrə son qoymaq üçün xüsusi qanunun qəbul edilməsinin vaxtı çatıb” – deyə o, dövlət məmurları və heyvan hüquqlarının müdafiəsi ilə məşğul olan fəallarla görüşündə qeyd edib.

Ölkənin kənd təsərrüfatı naziri Çon Xvan Qın isə bildirib ki, hökumət qadağanı ən qısa vaxtda tətbiq edəcək, lakin bu zaman it ətinin istehsalı biznesi ilə məşğul olanlara lazımi dəstək göstəriləcək. Çünki onlar öz müəssisələrini bağlamaq məcburiyyətində qalacaqlar. Təklif edilən qadağa müəssisələrin bu biznesdən imtina etmələri üçün üç illik güzəşt müddətini və maliyyə dəstəyini nəzərdə tutur.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

four × 1 =