Cənubi Koreya Misirə döyüş texnikası verəcək
Misir və Cənubi Koreyanın imzaladığı müdafiə müqaviləsinə əsasən “Hanwha Defence” şirkətinin istehsalı olan K9 özüyeriyən haubitsalarının Misirə tədarükü, eləcə də onların istehsalı üçün texnologiyaların ixracı nəzərdə tutulur.
“Report” bu barədə xarici mətbuata istinadən xəbər verir.
Bununla Misir K9-u qəbul edən səkkizinci ölkə olacaq. Hazırda haubitsa Türkiyə, Polşa, Hindistan, Norveç, Finlandiya, Estoniya və Avstraliyanın hərbi arsenalına daxildir.
“K9 Thunder” özüyeriyən haubitsa 1998-ci ildə hazırlanıb. O, 155 mm-lik mərmiləri maksimum 40 km məsafədə atəşə tutur və bu göstəricidə Rusiyanın “Msta-S” haubitsasını üstələyir.
Report.az