Cənubi Koreya təlim zamanı səhvən öz yaşayış məntəqələrini bombaladı: Yaralılar var

Cənubi Koreyanın Phoçhon şəhərində hərbi təlim zamanı yaşayış binasına raket düşüb.
Oxu.Az-ın xəbərinə görə, bu barədə “Yonhap” agentliyi məlumat verib.
Məlumata görə, hadisə nəticəsində azı yeddi nəfər xəsarət alıb. Zərərçəkənlərin hamısı ağır vəziyyətdə xəstəxanaya yerləşdiriliblər.
Qeyd olunur ki, Cənubi Koreya Hərbi Hava Qüvvələrinə məxsus təyyarə səhvən yaşayış məntəqəsini bombalayıb.
“KF-16” qırıcı təyyarəsi təlimlər zamanı şəhərdəki təlim meydançasından kənara səkkiz bomba atıb.
Həmçinin bu zaman bir kilsə və altı bina da dağılıb.
Cənubi Koreya Hərbi Hava Qüvvələri hadisə ilə bağlı araşdırmalara başlayıb və dəymiş ziyana görə üzr istəyib.