Cənubi Koreyada xəstəxanada yanğın olub, 5 nəfər ölüb

Cənubi Koreyada xəstəxanada yanğın olub, 5 nəfər ölüb

Cənubi Koreyanın İnçhon şəhərində xəstəxanada baş verən yanğın nəticəsində 5 nəfər ölüb, 37 nəfər yaralanıb.

Bu barədə “Report” Cənubi Koreyanın “Renhap” nəşrinə istinadən xəbər verir.

Yanğın dördmərtəbəli xəstəxananın sonuncu mərtəbəsində baş verib. Hadisə zamanı binada 46 nəfər olub, 3 pasiyent və 1 tibb bacısı daxil olmaqla, 5 nəfər ölüb.

Yanğın söndürülüb, hadisənin səbəbləri araşdırılır.

Report.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

seven − 5 =