Cənubi Koreyanın həbsdə olan keçmiş Prezidenti əfv edilib

Cənubi Koreyanın həbsdə olan keçmiş Prezidenti əfv edilib

Koreya Respublikasının (Cənubi Koreya) həbsdə olan keçmiş Prezidenti Li Myon Bak əfv edilib.

“Report” Rusiya KİV-ə istinadən xəbər verir ki, ölkənin hazırkı dövlət başçısı Yun Sok Yol bununla bağlı sərəncam imzalayıb.

Qeyd edək ki, Li Myon Bak 2008-2013-cü illərdə Cənubi Koreyanın Prezidenti olub.

Seul məhkəməsi onu 2018-ci il oktyabrın 5-də korrupsiyada ittiham edərək 15 il azadlıqdan məhrum edib. Sabiq dövlət başçısı eyni zamanda, 11,5 milyon dollar cərimələnib.

Ali Məhkəmə 2020-ci il oktyabrın 29-da Li Myonun cinayət işinə baxıb. O, rüşvətxorluq və mənimsəmədə günahkar bilinib və cəzası 15 ildən 17 ilədək artırılıb. Eyni zamanda, keçmiş Prezident 11,4 milyon dollar məbləğində cərimələnib. Bundan əlavə, onun 5 milyon dollarlıq əmlakının müsadirə edilməsi hökmü qüvvədə saxlanılıb.

Li Myon Bak 2 ildir həbsxanada cəza çəkir.

Report.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

fourteen − 1 =