Cənubi Koreyanın hərbi təyyarəsi qəzaya uğrayıb

Cənubi Koreyanın hərbi təyyarəsi qəzaya uğrayıb

Cənubi Koreya Hərbi Hava Qüvvələrinə məxsus qırıcı Kanvondo əyalətinin Xenson dairəsində qəzaya uğrayıb.

“Report” “Yonhap”a istinadən xəbər verir ki, bu barədə Cənubi Koreya rəsmiləri bildiriblər.

Məlumata görə, yüngül “Ka-1” qırıcısının qəzaya uğradığı ehtimal olunur. Təyyarənin göyərtəsindəki iki pilot katapult edərək sağ qalıb. Onlar yaxınlıqdakı hospitala aparılıb.

Başqa bir məlumata görə, Şimali Koreya ərazisindən Cənubu Koreyanın hava məkanına uçan PUA-ya xəbərdarlıq atəşi açılıb.

Report.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

5 × 3 =