Cənubi Qafqaz Boru Kəməri üzrə əsaslı xərclər 5 dəfə artıb

Cənubi Qafqaz Boru Kəməri üzrə əsaslı xərclər 5 dəfə artıb

Bu ilin birinci rübü ərzində Cənubi Qafqaz Boru Kəmərinin (CQBK) əməliyyat xərcləri təqribən 18 mln. ABŞ dolları, əsaslı xərclər isə təxminən 6 mln. dollar olub.

Bu barədə “APA-Economics” BP şirkətinin Azərbaycanda fəaliyyətinə dair cari ilin üçüncü rübünün nəticələrinə həsr olunmuş hesabatına istinadən xəbər verir.

Qeyd etmək lazımdır ki, illik müqayisədə hesabat dövründə əməliyyat xərcləri 4%, əsaslı xərclər isə 5 dəfə artıb.

“CQBK boru kəməri 2006-cı ilin sonlarında istismara verilib və Azərbaycan, Gürcüstan və Türkiyəyə “Şahdəniz” qazını çatdırır, Cənubi Qafqaz Boru Kəmərinin genişləndirilməsi (CQBKG) sistemi isə kommersiya qaz həcmlərinin Türkiyəyə çatdırılmasına 2018-ci ilin iyun ayında, Avropaya isə 2020-ci ilin dekabr ayında başlayıb”, – hesabatda qeyd olunur.

Bildirilir ki, rüb ərzində CQBK-nin ixrac üçün gündəlik orta ötürücülük gücü 60,8 mln. kubmetr olub.

Cənubi Qafqaz Boru Kəməri şirkətinin (CQBKş) sərmayədarları bunlardır: BP (29,99%), Cənub Qaz Dəhlizi (21,02%), LUKOYL (19,99%), TPAO (19,00%), NIKO (10,00%).

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

two × four =