Cəsədlər və yaralılar ərazidə qalıb… – Ermənistanın real itkiləri nə qədərdi? -VİDEO

Cəsədlər və yaralılar ərazidə qalıb… – Ermənistanın real itkiləri nə qədərdi? -VİDEO

Aprelin 11-də dövlət sərhədinin Laçın istiqamətində baş verən toqquşmalarda erməni tərəfi ciddi itkilər verib.

Publika.az
 xəbər verir ki, erməni tərəfinin itkiləri haqda rəsmi və qeyri-rəsmi mənbələrin məlumatları ziddiyyətlidir.

Ermənistan Müdafiə Nazirliyinin rəsmi məlumatı:

– 4 erməni hərbçi məhv edilib, 6 yaralı var. Yaralılardan üçünün vəziyyəti ağırdır;

Erməni mənbələr itkilərin açıqlanan rəsmi rəqəmlərdən ən azı iki dəfə çox olduğunu yazır:

– Döyüşlərin getdiyi vaxt erməni mediası Tex (Dığ) kəndinin nümayəndələrinə istinadən 6 itkinin olduğunu yazırdı, daha sonra itkilərin 10-dan çox olduğuna dair məlumatlar yayıldı;
– Çoxsaylı yaralının olduğu, ərazidən çıxara bilmədikləri, cəsədlərin atəş altında qaldığı haqda məlumatlar yayılmışdı;
– Təxribat hücumunda iştirak edən “Ermənistanın milli dövlətçiliyi” partiyasının sədri Artur Vardanyan təcili tibbi yardım maşınlarının dayanmadan əraziyə gəlib-getdiyini açıqladı;
– Sosial şəbəkə platformalarında yayıan görüntülər də erməni tərəfinin çoxsaylı itkilərinin olduğu fikrini gücləndirir;

Ermənistanın itkilərini gizlətdiyi təcrübəsi fonunda açıqlanan rəsmi rəqəmlərin – 4 ölü, 6 yaralı – reallıqda ən azı iki dəfə çox olduğu ehtimalı böyükdür, erməni mənbələrin məlumatı da bu yöndədir.

Publika.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

nine − four =