Çətinlikləri aradan qaldırmaqda təvəssülün rolu

Çətinlikləri aradan qaldırmaqda təvəssülün rolu

Əgər Allah insanların ixtiyarında müəyyən imkanlar qoysa və insanlar da ondan istifadə etsə, təbii ki, bu mövzunun tövhidlə təzad təşkil edəcək heç bir şeyi olmaz. Misal üçün, bitkilərdə şəfa qərar vermişdir ki, xəstəlikləri onunla müalicə etmək olsun.

Bu, vasitəli surətdə Allahdan kömək istəməyə də aiddir.

Quranın ancaq elə iki ayəsində gələn müddəalara nəzər salaq:

1. İsa ibni Məryəm (ə) buyurur: “Mən Allahın izni ilə korluq xəstəliyinə şəfa verirəm və ölüləri dirildirəm”.

2. Asəfin Bilqeysin taxtını bir göz qırpımında gətirməsi hadisəsi də bu qəbildəndir.

Hədislərə görə, Allahın əzəmətli adı 73 hissədən ibarətdir. Onun 72-ni Məsumlar (ə) bilirlər. Asəfin yanında onun bir hissəsi var idi. Onun vasitəsilə Bilqeysin taxtını gətirmişdi.

Təkfirçilər təvəssül mövzusunun əleyhinədirlər və onlar deyirlər ki, Allah məxluqlarına heç bir qüdrət verməmişdir. Ancaq çox sayda ayələr vardır ki, Allahın mələklərə verdiyi qüdrətdən bəhs edir. Onlar Qurani-Kərimin bu aşkar dəlillərini inkar edirlər. Halbuki, Qurani-Kərim buyurur ki, Allaha tərəf getmək üçün vasitə axtarın.

O cümlədən, əhli-təsənnün alimlərindən olan Əbu Nəim və Sələbi təsdiq edirlər ki, vasitə dedikdə Peyğəmbərin (s) Əhli-Beyti (ə) nəzərdə tutulur.

Həzrət Yəqubun (ə) oğlanları ondan istəyirlər ki, dua edib onlar üçün istiğfar istəsin. Qurani-Kərim açıq şəkildə buyurur ki, Həzrət Yusifin (ə) köynəyi atasının gözlərinin görməsinə səbəb olur.

Beləliklə deyə bilərik ki, Uca Allah biz insanlar üçün vasitələr qoymuşdur ki, onlar Məsumlardır (ə). Onlara təvəssül edərək, bir çox çətinliklərdən azad ola bilərik. Çünki onlar Allaha daha yaxındırlar və Allahın sevimli bəndələridirlər. (Həvzəh)

/Deyerler.org/

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

two − one =