Çətinliyi aradan aparan hacət namazı

Çətinliyi aradan aparan hacət namazı

Məsumlardan (ə) nəql edilir: “Əgər ağır çətinliyə düşsən ki, səni qəmgin edər, iki rükət namaz qıl. Birinci rükətdə “Həmd”dən sonra Ayətül-kürsi və ikinci rükətdə “Həmd”dən sonra “Qədr” surəsini oxu.

Sonra Quranı başına qoyub 10 dəfə de:

“Allahım! O kəsin haqqına ki, xəlqin risaləti üçün göndərməsin, Quranın bütün ayələrinin haqqına, o kəslərin haqqına ki, orada onları mədh etmisən, sənin onlar üzərində olan haqqına, heç kəsi sənin haqqına qarşı Səndən daha arifini tanımıram, Ya Seyyidi, ya Allah!”.

Sonra 10 dəfə de: “Muhəmmədin (s) haqqına”, 10 dəfə de: “Fatimənin (s.ə) haqqına” və bu tərtiblə bütün İmamların (ə) adını çək və nəhayət İmam Zamana (ə.f) gəlib çatanda, yerindən qalxmamış hacətin həyata keçəcəkdir”.

Hədisi nəql edən deyir: “İmam Rzaya (ə) dedim: “Lütfən mənə hacətin yerinə yetməsi üçün dua öyrədin”.

Buyurdu: “Allahla mühüm işin olan zaman qüsl al və ən təmiz paltarını geyin. Ətir vur və səmanın altına get. İki rükət namaz qıl.

Hər rükətdə “Həmd”dən sonra 15 dəfə “Tövhid” surəsini oxu və rükuya get, rükuda da 15 dəfə onu oxu.

Sonra səcdəyə get və səcdədə de: “Allahım! Səndən başqa bütün məbudlar batildir. Hacətimi elə indi yerinə yetir!”.

Hacətini söylə və hacətində təkid et. Hacətin yerinə yetən zaman şükür namazı qıl”. (Həvzəh)

/Deyerler.org/

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

two × 1 =