“CAGE International”ın rəhbəri: Fransanın müsəlmanlara qarşı siyasəti getdikcə avtoritarlaşır

“CAGE International”ın rəhbəri: Fransanın müsəlmanlara qarşı siyasəti getdikcə avtoritarlaşır

“Fransa hökuməti müsəlmanlara qarşı ciddi tədbirlər görmək xəttini tutub və bu xətt getdikcə avtoritarlaşır”.

Bunu Bakıda keçirilən “Müxtəlifliyin qorunması: 2024-cü ildə İslamofobiya ilə mübarizə” mövzusunda beynəlxalq elmi konfransı çərçivəsində “Fransada anti-İslam siyasəti: İslamofobiyanın normallaşdırılması” adlı paneldə çıxışında “CAGE International”ın direktoru Muhammad Abdur Rabbanı deyib.

O, Fransa hökumətinin göstərişi ilə müxtəlif ölkələrdə keçirilən konfranslara iştirakına qadağa qoyulması, viza ala bilməməsi və ya deportasiya olunması halları barədə danışıb.

“CAGE International”ın direktoru deyib ki, Fransa beynəlxalq tənqiddən qorxur. O, Fransanın Olimpiya oyunlarına ev sahibliyi edəcəyini xatırladaraq “Biz Fransaya qarşı bu məsələdə təzyiq etməliyik, çünki Fransa tənqidə çox həssasdır”, – deyib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

eight + 8 =