Camal Qaşıqçının öldürülməsinin yeni təfərrüatları məlum oldu

Camal Qaşıqçının öldürülməsinin yeni təfərrüatları məlum oldu

Sizinyol xarici KİV-ə istinadən xəbər verir ki, Yahoo News xüsusi bir hesabatda, Səudiyyə terror dəstəsi tərəfindən səudiyyəli tənqidçi-jurnalist Camal Qaşıqçınin öldürülməsi ilə bağlı yeni təfərrüatları yayımlayıb.

Məlumata görə, bu terror dəstəsi Qaşıqçını qətlə yetirmək üçün istifadə olunan qanunsuz dərmanları əldə etməkdən ötrü Qahirədə olmuşlar.

Yahoo News bu terror komandasının gizli istintaqının xülasəsinə istinad edərək məlumat verib ki, terror dəstəsinin olduğu “Gulfstream” təyyarəsi, İstanbulda son enişindən əvvəl 2 oktyabr 2018-ci il tarixində Qahirədə qısa bir dayanma etmişdir.

Bu məlumata görə, Qaşıqçını öldürmək üçün hansı dərmanlardan istifadə edildiyi və dərmanları qatillərə kimin verdiyi məlum deyildir.

Yahoo News-a görə, bu məlumat, səudiyyəli qatillərinin misirli ortaqları olduğuna dair ilk əlamətdir. Eləcə də bu məsələ Səudiyyə hökumətinin qeyd olunan qrupun İstanbul istiqamətində uçan təyyarəyə minmədən öncə tənqidçi-jurnalisti öldürmək niyyətində olmadığı iddiasını da şübhə altına alır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

nineteen − 10 =