Camal Xaşeqçinin nişanlısı Səudiyyə vəliəhdini məhkəməyə verdi

Camal Xaşeqçinin nişanlısı Səudiyyə vəliəhdini məhkəməyə verdi

Sizinyol xarici mediaya istinadən xəbər verir:

Səudiyyə vəliəhdi sui-qəsd əmri verməkdə və bir sıra qohumlarının bu işdə iştirak etməkdə günahlandırılır. Səudiyyə hökumətini tənqid edən səudiyyəli jurnalist Xaşeqçinin nişanlısı onun vəhşicəsinə öldürülməsindən iki il sonra, Məhəmməd bin Salmanı məhkəməyə verdi.

Səudiyyə vəliəhdi sui-qəsd əmri verməkdə və bir sıra qohumlarının bu işdə iştirak etməkdə günahlandırılır.

Xədicə Çingiz Məhəmməd bin Salmana qarşı nişanlısı Camal Xaşeqçinin öldürülməsinə görə Səudiyyə Ərəbistanının vəliəhdindən təzminat tələb edərək Vaşinqtondakı bir məhkəmədə iddia qaldırdı.

Səudiyyə jurnalistinin vəhşicəsinə öldürülməsinə qarşı iddia 20 Oktyabr, Çərşənbə axşamı günü məhkəməyə verildi. Xaşeqçji evlilik sənədlərini doldurmaq üçün 31 oktyabr 2018-ci ildə Səudiyyə Ərəbistanının İstanbuldakı konsulluğuna girdi və sonra yoxa çıxdı.

Xədicə Çingiz şikayətində Məhəmməd bin Salman və daha 20 nəfəri Xaşeqçinin qətlində iştirak etməkdə günahlandıraraq, cinayətin ona maddi və mənəvi ziyan vurduğunu söylədi və təzminat tələb etdi.

Mövcud dəlillərə görə, Səudiyyə jurnalist İstanbulda Səudiyyə konsulluğuna girdikdən sonra, vəhşicəsinə öldürüldü və cəsədi parçalandı. İndiyə qədər Xaşeqçinin cəsədindən əsər-əlamət tapılmayıb.

Səudiyyə hökuməti əvvəlcə jurnalistin konsulluqdan ayrıldığını iddia etdi və daha sonra ölümünün konsulluqdakı mübahisə və “fiziki münaqişə” səbəbindən olduğunu iddia etdi.

Nəhayət, artan beynəlxalq təzyiq və yüksək səviyyəli Türkiyə rəsmilərinin sui-qəsd zamanı danışıqların audioyazısına sahib olduqlarına dair açıqlamaları ilə Səudiyyə Baş prokuroru Xaşeqçinin öldürülməsinin əvvəlcədən planlaşdırıldığını və Səud Əl-Qəhtani tərəfindən sifariş edildiyini təsdiqlədi.

Səudiyyə məhkəməsi keçən ay beş müttəhimi 20 il, digər üç nəfəri isə ümumilikdə 24 il həbs cəzasına məhkum etmiş, lakin adlarını çəkməmişdir. Artıq Qahtaninin bəraət etdiyi bildirilib.

Səudiyyə Ərəbistanı Camal Xaşeqçinin qətlini “özbaşına atılan addımlar”la əlaqələndirdi və işi bağladı. İstanbul Baş Prokurorluğu, bu il aprel ayında Məhəmməd bin Salmanın iki keçmiş müşaviri və digər 18 Səudiyyə vətəndaşına qarşı ittiham aktı yayımlayaraq İnterpol tərəfindən həbs olunmasını istədi.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

one × 2 =