Canavarlar Ağsu sakininə hücum etdilər

Canavarlar Ağsu sakininə hücum etdilər

Ağsu rayonunda gənc oğlan canavarların hücumuna məruz qalıb.

APA-nın xəbərinə görə, rayon sakini Tural Hüseynli Elabad kəndinin dağlıq ərazisində qoyun otararkən qəflətən canavarlar ona hücum ediblər.

Vəhşi heyvanlar onun bədəninin bir neçə yerini dişləyərək ağır xəsarətlər yetiriblər. Tural Hüseynli Ağsu Mərkəzi Rayon Xəstəxanasına aparılıb, quduzluğa qarşı zərdab vurulub. Hazırda müalicəsi davam etdirilir.

Oxu.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

5 × one =