Cask limanı yaxınlığında Panama bayraqlı tankerin qaçırılması faktı təkzib edilibv

Cask limanı yaxınlığında Panama bayraqlı tankerin qaçırılması faktı təkzib edilibv

İran Hərbi Dəniz Qüvvələri Birləşmiş Ərəb Əmirliklərinə məxsus Panama bayraqlı tankerin Bəndər Cask yaxınlığında qaçırılması xəbərini və hadisənin İranla əlaqələndirilməsini təkzib edib.

“Ambry” dəniz təhlükəsizliyi şirkətinin Cask limanı yaxınlığında Panama bayraqlı tankerin qaçırılması və bu hadisənin İran İslam Respublikasına aid edilməsi barədə xəbərinin dərcindən sonra İran İslam Respublikasının Hərbi Dəniz Qüvvələri bu iddiaları qəti şəkildə rədd edərək bildirib: “İran İslam Respublikasının suverenliyi və ya nəzarəti altında olan sularda iddia edilən xarakterli heç bir hadisə baş verməyib və bu ərazidə bütün dəniz nəqliyyatı qanuni prosedurlara uyğun və İran İslam Respublikası Hərbi Dəniz Qüvvələrinin nəzarəti altında həyata keçirilir.”

Hərbi Dəniz Qüvvələrinin ictimaiyyətlə əlaqələr departamenti sözügedən xəbərlə bağlı açıqlamasının davamında deyib: “Etibarlı dəlillər təqdim etmədən və yalnız iddia edilən mesajlara əsaslanaraq bu hadisəyə “qaçırılma” sözünün tətbiqi mediada şırınga və reallığın təhrif olunmasının bariz nümunəsidir. Bu gəminin İranın “kölgə” donanmasına aid edilməsi heç bir hüquqi və texniki sənədi olmayan əsassız iddiadır ki, yalnız anti-İran təbliğat ssenarilərini təkrarlamaq üçün gündəmə gətirilir.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

five × 1 =