Cavad Zərif Naxçıvan Muxtar Respublikasına gedib

Cavad Zərif Naxçıvan Muxtar Respublikasına gedib

 İranın xarici işlər naziri regiona səfəri çərçivəsində Naxçıvan Muxtar Respublikasına gedib.

Məhəmməd Cavad Zərif regiona səfəri çərçivəsində Türkiyədən sonra Naxçıvan Muxtar Respublikasına gedib.

İranın xarici işlər naziri Naxçıvana çatan zaman mətbuata verdiyi ilk açıqlamasında deyib:

“Regionda beş ölkəyə səfərimizin sonunda Naxçıvana gəldik ki, Qarabağ müharibəsindən sonra regionda əməkdaşlıq, tranzit və nəqliyyat imkanları haqda müzakirələr aparaq. İnşallah region ölkələrinin əməkdaşlığı ilə İran İslam Respublikası və bölgə ölkələri üçün bu imkanlar əldə ediləcək.”

SALAMNEWS

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

16 − 4 =