Cavad Zərif sabah Azərbaycana rəsmi səfərə gələcək

Cavad Zərif sabah Azərbaycana rəsmi səfərə gələcək

İran İslam Respublikasının xarici işlər naziri Məhəmməd Cavad Zərif sabah, çərşənbə axşamı günü Azərbaycana səfər edəcək.

İran İslam Respublikası xarici işlər naziri Məhəmməd Cavad Zərif İran və Azərbaycan Respublikası rəsmiləri arasında davamlı məsləhətləşmələr çərçivəsində sabah, çərşənbə axşamı günü Bakıya rəsmi səfərə gələcək və Azərbaycan Respublikasının yüksək vəzifəli şəxsləri ilə görüşəcək.

Bu səfərin əsas məqsədi ikitərəfli münasibətlərdəki son inkişafları və ən vacib regional və beynəlxalq məsələləri müzakirə etmək və fikir mübadiləsi aparmaqdır.

İranın XİN-in mətbuat katibi Səid Xətibzadənin sözlərinə görə Cavad Zərif bu xarici səfəri çərçivəsində Ermənistana da gedəcək.

Trend

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

eleven − 11 =