Çavuşoğlu BMT Baş Assambleyasının Fələstinlə bağlı iclasında iştirak edəcək

Çavuşoğlu BMT Baş Assambleyasının Fələstinlə bağlı iclasında iştirak edəcək

Türkiyənin xarici işlər naziri Mövlut Çavuşoğlu, BMT Baş Assambleyasının Fələstindəki vəziyyətə həsr olunmuş iclasında iştirak edəcək.

Bu barədə Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Çavuşoğlu BMT Baş Assambleyasının iştirakçılarına müraciət edəcək və iclasın bəzi iştirakçıları ilə ikitərəfli görüşlər keçirəcək.

İclas mayın 20-də BMT Baş Assambleyasının rəhbəri, türkiyəli diplomat Volkan Bozkirin rəhbərliyi ilə keçiriləcək.

Qeyd edək ki, Çavuşoğlu ötən gün verdiyi açıqlamada Türkiyənin Fələstinin mülki əhalisinin BMT-nin himayəsi altında qorunması üçün beynəlxalq  mexanizmin formalaşmasının tərəfdarı olduğunu bildirib.

Trend

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

14 − five =