Çavuşoğlu: Fələstinə əsgər göndərəcəyik

Çavuşoğlu: Fələstinə əsgər göndərəcəyik

Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlu, Fələstinə əsgər göndərəcəklərini açıqlayıb.

Çavuşoğlu Qüdsün qorunması üçün beynəlxaql ictimaiyyətə çağırış edib.

İslam dünyasının ilk dəfə bir qərar qəbul etdiyini qeyd edən nazir bildirib:

“Hadisələri sadəcə pisləməklə olmaz. Qüdslə bağlı İsrail hesab verəcək. Fələstinli qardaşlarımızın, Qüdsün qorunması üçün oraya beynəlxalq qüvvə göndərəcəyik. İsrail bundan sonra istədiyi zaman qardaşlarımıza hücum etməyəcək. İsrailin Qüdsü  paytaxtı etmək qərarını qəbul edə bilərikmi? Dünya da qəbul etmir, biz də qəbul etmirik”.

Nazir bildirib ki, hər kəs Türkiyə kimi cəsur deyil, hər kəs səsini çıxara bilmir: “Məhz bu səbəbdən 

Türkiyə daha güclü olmalıdır”.

Salamnews

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

two × 5 =