Çavuşoğlu: İsrail dünyanı aldatmağa çalışır

Çavuşoğlu: İsrail dünyanı aldatmağa çalışır

Sizinyol xarici mediaya istinadən xəbər verir:

Türkiyə Xarici İşlər naziri Ərəb dövlətlərinin İsraillə münasibətləri normallaşdırması qarşılığında Sionistlərin Qərb Sahilinin ilhaqını dayandıracağı iddiasına cavab olaraq bunu “aldatma” adlandırdı.

Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlu bu gün (cümə) Qərb Sahilinin işğalının dayandırıldığı iddialarına və bəzi ərəb ölkələrinin işğal altındakı Fələstində səfirlik açmağı düşünməsinə reaksiya verdi.

Əl-Cəzirə telekanalının verdiyi məlumata görə, Türkiyə Xarici İşlər naziri bəzi ərəb ölkələrinin Qüdsdə səfirlik açmaq addımlarının Fələstin dövlətinin qurulması ehtimalını zəiflətdiyini söylədi.

Əmirlik nümayəndə heyətinin Tel-Əvivə ilk rəsmi səfəri zamanı KİV-lər bu ölkənin rəsmilərindən birinin səfirliyin açılması tələbini rəsmi olaraq Sionist rejimin xarici işlər naziri Qabi Aşkenaziyə təhvil verdiyini yazdı.

Digər tərəfdən, İsrailin Xarici İşlər naziri ilk Bəhreyn nümayəndə heyətinin Tel-Əvivə səfəri zamanı iki tərəfin səfirliklərinin yaxın vaxtlarda Tel-Əviv və Manamada açılacağını söylədi.

“Münasibətlərin normallaşması müqabilində Qərb Sahilinin İsrail tərəfindən ilhaqının dayandırılması bir aldatmadır.” – deyə, Çavuşoğlu bildirib.

BƏƏ hazırkı ABŞ Prezidenti Donald Trampın vasitəçiliyi ilə Sionist rejimlə münasibətlərinin tam normallaşdığını elan etdikdən sonra, BƏƏ rəsmiləri bu razılaşma müqabilində Sionistlərin Qərb Sahilinin işğal planının icrasını dayandırdığını iddia etdilər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

15 − 14 =