Çavuşoğlu: Konsulluqların bağlanılması məqsədlidir

Çavuşoğlu: Konsulluqların bağlanılması məqsədlidir

Konsulluqların bağlanılması məqsədlidir.

APA xəbər verir ki, bu barədə Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib.

O, Türkiyənin məsələ ilə bağlı xəbərdarlıq etdiyini və bunun cavabsız qalmayacağını qeyd edib: “Bir terror təhdidi varsa, bizə bildirmələri gərəkməzmi? Daxili İşlər Nazirliyinə, kəşfiyyatımıza müraciət edirik. Konkret bir bilgi yoxdur”.

Qeyd edək ki, 9 ölkə, o cümlədən Almaniya, Niderland, Britaniya və İsveçrə İstanbuldakı konsulluqlarını bağlayıb. Bunun ardınca həmin 9 ölkənin səfirləri Türkiyə Xarici İşlər Nazirliyinə çağırılıb.

Xatırladaq ki, 9 ölkə Türkiyədəki “təhlükəsizlik təhdidi” səbəbi ilə İstanbuldakı konsulluqlarının fəaliyyətinə ara verib.

Apa.a

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

2 × four =