Çavuşoğlu: “Türkiyə və Ermənistan nümayəndələrinin görüşü Moskvada olacaq”

Çavuşoğlu: “Türkiyə və Ermənistan nümayəndələrinin görüşü Moskvada olacaq”

“Türkiyə və Ermənistan nümayəndələrinin iki ölkə arasında münasibətlərin normallaşmasına dair ilk görüşü Moskva şəhərində keçiriləcək”.

Bu barədə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu məlumat verib.

“Ermənistanla münasibətlərin normallaşması üçün hər iki ölkə tərəfindən xüsusi nümayəndələr təyin olunub. İlk görüş Moskvada olacaq. Ümid edirik ki, Ermənistan beynəlxalq hüquq çərçivəsində hərəkət edəcək”, – deyə M.Çavuşoğlu bildirib.

Mənbə: “RİA Novosti”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

20 − sixteen =