Çayxanada futbola baxan azarkeşlərə hücum: 4 nəfər öldü, 6 nəfər yaralandı

Publika.az xəbər verir ki, Kolumbiya mətbuatında yer alan xəbərə görə, Barranquilla şəhərinin El Santuario məhəlləsində matçı izləyən qrupa silahlı hücum təşkil edilib.
Hücum nəticəsində 4 nəfər hadisə yerində həyatını itirib. Çayxanada matça baxan insanlara atəş açan hücumçuların motosikletlə əraziyə gəldiyi bildirilib.
Ombudsman Aparatından verilən açıqlamada bildirilib ki, mütəşəkkil cinayətkar qrupların mövcudluğu və qeyri-qanuni ticarətlə bağlı bölgədə ciddi təhlükəsizlik problemləri var.
Publika.az