Çeçenistanda terrorçulardan polisə qanlı hücum
Az.shafaqna.com RT-a istinadən xəbər verir ki, Çeçenistanın paytaxtı Qroznı şəhərində hüquq-mühafizə orqanları əməkdaşlarına hücum edilib.
Atışma nəticəsində 2 polis əməkdaşı həyatını itirib, həmçinin 1 terrorçu məhv edilib.
Bildirilir ki, “naməlum şəxslər Mira küçəsndə avtomatik silahdan” polisləri atəşə tutublar.
Hücum edənlərin gizləndikləri qeyd edilir. Hazırda axtarış aparılır.