“Çelsi” Nagelsmannla danışıqlara başladı

“Çelsi” Nagelsmannla danışıqlara başladı

“Çelsi” baş məşqçi təyinatı ilə bağlı Yulian Nagelsmann ilə danışıqlara başlayıb.

BAKU.WS “sports.ru”ya istinadən xəbər verir ki, bu barədə “The Times” məlumat yayıb.

Bildirilib ki, klubun idman rəhbərliyinin nümayəndələri cümə axşamı almaniyalı mütəxəssislə görüş keçirib.

Nagelsmannın nümayəndələri mütəxəssisin hansı səlahiyyətlərə malik olacağını və təyinat alacağı təqdirdə onu nə qədər müddətə klubda görmək istədiklərini öyrənmək istəyiblər.

“Zadəganlar”ın siyahısında yeddi namizəd var. Bunlar Luis Enrike, Maurisio Poçettino, Lusiano Spaletti, Ruben Amorim, Vinsent Kompani və Abel Ferreyradır.

Qeyd edək ki, Nagelsmann buna qədər “Bavariya”nın sükanı arxasında olub. Onun gedişindən sonra komandanın başına Tomas Tuxel keçib.

BAKU.WS

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

15 − 7 =