Çempionlar Liqası: Azərbaycan təmsilçisinin rəqibləri bəlli olub

Çempionlar Liqası: Azərbaycan təmsilçisinin rəqibləri bəlli olub

Minifutbol üzrə Çempionlar Liqasının qrup mərhələsinin püşkü atılıb.

“Report”un məlumatına görə, Bolqarıstanın Plovdiv şəhərində keçirilən mərasimdə Azərbaycanın “Beerbaşa” komandasının də rəqibləri bəlli olub.

Ölkə təmsilçisi B qrupunda Rumıniyanın “AEK Oradea” (Rumıniya), Bolqarıstanın “DXC Technology” və Çexiyanın “G.I.C. La Plate de Künde Praqa” komandaları ilə mübarizə aparacaq.

Qeyd edək ki, Monteneqroda keçiriləcək turnir avqustun 31-də başlayacaq. “Beerbaşa” klubu qrupdakı ilk matçını avqustun 31-də “G.I.C. La Plate de Künde Praqa”ya qarşı keçirəcək. Kollektiv sentyabrın 1-i və 2-də isə müvafiq olaraq, “DXC Technology” və “AEK Oradea” ilə qarşılaşacaq.

Report.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

four + twelve =