Çempionlar Liqasında fasilə başa çatdı: Messi PSJ formasında “Real”a qarşı – AFİŞA

Çempionlar Liqasında fasilə başa çatdı: Messi PSJ formasında “Real”a qarşı – AFİŞA

UEFA Çempionlar Liqasında fasilə başa çatır.

Oxu.Az-ın xəbərinə görə, bu gün turnirdə pley-off mərhələsinə start verilir.

Mərhələnin ilk günündə iki matç keçiriləcək. PSJ Parisdə Madrid “Real”ını, “Sportinq” Lissabonda “Mançester Siti”ni qəbul edəcək.

15 fevral

00:00 PSJ (Fransa) – “Real” (İspaniya)

Baş hakim: Daniele Orsato (İtaliya)

Paris. “Park de Prins” stadionu

Təbii ki, Fransanın paytaxtındakı görüş mərhələnin iki ən böyük maraq doğuran qarşılaşmalarından biri sayıldığından, bütün diqqətlər bu matçda olacaq. Bu iki komanda bir-biri ilə sonuncu dəfə 2019/2020 mövsümünün qrup mərhələsində qarşılaşıb. 2019-cu ilin sentyabrın 18-də Parisdə keçirilmiş ilk matçda PSJ 3:0 hesabı ilə qalib gəlib. Həmin matç “Real”ın sabiq futbolçusu olan argentinalı Anxel Di Mariyanın dublu ilə yadda qalıb.

Hər iki komanda hazırda ölkəsinin lideridir. Bu matçı maraqlı edən cəhətlərdən biri də “Barselona”nın sabiq argentinalı ulduzu Lionel Messinin yenidən prinsipial rəqib “Real”a qarşı oynamasıdır.

Bu görüşdə PSJ sabiq “Real”lı, ispaniyalı mərkəz müdafiəçisi Serxio Ramosun xidmətindən zədə səbəbindən istifadə edə bilməyəcək. Həmçinin Ander Erera, Aleksandr Letelye, Eduar Mişut və Neymarın meydana çıxması sual altındadır. “Real”da isə ciddi bir itki yoxdur.

15 fevral

00:00 “Sportinq” (Portuqaliya) – “Mançester Siti” (İngiltərə)

Baş hakim: Srcan Yovanoviç (Serbiya)

Lissabon. Juze Alvaladi adına stadion

Bu qarşılaşmada ölkələrinin son çempionları üz-üzə gələcək. Komandalar sonuncu dəfə 2012-ci ildə qarşılaşıb. Bu, Avropa Liqasının 1/8 final mərhələsi çərçivəsində baş tutub. 2012-ci ilin martın 8-də Lissabonda keçirilmiş ilk matçda “Sportinq” 1:0 qalib gəlib.

Bu matçda meydan sahiblərində yalnız Pedru Qonsalvesin meydana çıxması sual altındadır. Qonaqlarda isə Qabriel Jezus, Cək Qriliş, Kol Palmer, Zakari Ştefen zədəli, Benjamen Mendi və Kayl Volker isə cəzalı olduğu üçün meydana çıxmayacaq.

Oxu.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

1 × three =