Cenevrədə Putin və Bayden arasında görüş başlayıb

Cenevrədə Putin və Bayden arasında görüş başlayıb

Cenevrədə Rusiya və ABŞ prezidentləri Vladimir Putin ilə Co Bayden arasında görüş keçirilir.

Görüş Villa La Qranjda baş tutur.

Məhdud və geniş formatda danışıqlar üçün təxminən beş saat vaxt ayrılır.

Rusiya dövləti başçısının yekun mətbuat konfransının Bakı vaxtı ilə 20:00-a təyin olunub.

Bu, Vladimir Putin və Donald Tramp arasında 2018-ci ilin iyul ayında baş tutan Helsinki görüşündən sonra ilk Rusiya-Amerika sammitidir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

5 × four =