CENTCOM Suriyada İŞİD yaraqlılarını zərərsizləşdirə biləcəyini iddia edir

CENTCOM Suriyada İŞİD yaraqlılarını zərərsizləşdirə biləcəyini iddia edir

Suriyada saxlanılan İŞİD sərkərdəsinin təcridxanadan qaçması xəbəri bir daha bu ölkədəki İslam Dövləti yaraqlılarının yetərsizliyindən xəbər verir.

Fars İnformasiya Agentliyinin məlumatına əsasən, ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) Xalid Əhməd Əl-Dəndal saxlanıldıqdan sonra İŞİD yaraqlılarının Suriyada zərəsizləşdirilməsi prosesinə hazır olduğunu iddia edib.

Məlumata görə avqustun 29-da beş İŞİD üzvünün – iki Rusiya, iki Əfqanıstan və bir Liviya vətəndaşının Suriyanın Rəqqa şəhərindəki təcridxanadan qaçışı baş tutmuşdu. Daha sonra Suriya Demokratik Qüvvələri onlardan ikisini, İmam Əbdülvahid Əhvan (Rusiya) və Məhəmməd Nuh Məhəmmədi (Liviya) ələ keçirib. Digər üç nəfərin axtarışları davam edir. Onlar Timor Talbrken Abdaş (Rusiya), Şuab Məhəmməd Əl-Abdli (Əfqanıstan) və Atal Xaled Zaradır (Əfqanıstan).

Mərkəzi Komandanlığın rəsmisi general Erik Kurilla vəziyyətin ciddiliyini vurğulayaraq qeyd edib ki, Suriyada 20-dən çox təcridxanada saxlanılan 9000-dən çox İslam Dövləti döyüşçüsü “həqiqi və məcazi mənada həbsdə olan İŞİD ordusudur.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

nineteen + 10 =