Çex nazir: “Macarıstan UÇURUMUN kənarındadır, ya geriyə, ya da…”

Çex nazir: “Macarıstan UÇURUMUN kənarındadır, ya geriyə, ya da…”

Publika.az xəbər verir ki, bunu Çexiya hökumətinin Avropa məsələləri üzrə naziri Mikulaş Bek deyib.

O qeyd edib ki, Macarıstan anti-Rusiya sanksiyaları məsələsində Aİ-nin digər üzvlərindən fərqli mövqe tutur.

“Aİ-də danışıqlar çox vaxt çətin olur və bir çox ölkələr tərəfindən aparıla bilər. Amma Macarıstan, mənim fikrimcə, bir növ uçurumun kənarına qədər uzun bir yol qət edib və o indi qərar verməlidir: ya bu kənardan uzaqlaşmalı, ya da risk edib tullanmalıdır. Mən bunun nəticələri ilə spekulyasiya etmək istəmirəm”, – deyə çex nazir “Český rozhlas Plus” radiostansiyasının efirində bildirib.

Onun sözlərinə görə, Macarıstanın Avropa İttifaqından çıxması mümkündür.

Bundan əvvəl Macarıstanın xarici işlər naziri Peter Siyyarto bildirib ki, Macarıstan Xarici İşlər Nazirliyi Avropa Komissiyasından Aİ-nin Rusiyaya qarşı sanksiyalar siyasətini nə qədər davam etdirmək niyyətində olduğunu soruşsa da, dəqiq cavab almayıb.

Publika.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

3 + fourteen =