Ceyhun Bayramov almaniyalı həmkarı ilə Qarabağı müzakirə edib

Ceyhun Bayramov almaniyalı həmkarı ilə Qarabağı müzakirə edib

Azərbaycan Respublikası erməni sakinlərin reinteqrasiyası istiqamətində planları açıqlayıb və bu istiqamətdə işlər həyata keçirir- Ceyhun Bayramov

Oktyabrın 16-da Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Almaniya Federativ Respublikasının xarici işlər naziri Annalena Berbok ilə telefon danışığı aparıb, regionda mövcud vəziyyət, habelə Azərbaycan və Ermənistan arasında sülh prosesinin perspektivləri müzakirə olunub.

 Bu barədə Aərbaycan KIV-ə Azərbaycan Xarici İşlər Nazirliyindən məlumat verilib.

 Bildirilib ki, C.Bayramov Bakının Dağlıq Qarabağda separatçı rejimə qarşı həyata keçirdiyi anti-terror tədbirlərdə, Azərbaycan erməni sakinləri hədəf almayıb və bunun bölgəyə səfər edən BMT missiyası ilə yanaşı, Beynəlxalq Qızıl Xaç Komitəsi və hətta Ermənistan baş naziri tərəfindən belə təsdiqləndiyini xatırladıb.

Bu telefon danışığında Bayramov iddia edib ki, Azərbaycana qarşı davam edən qarayaxma kampaniyasının, guya erməni sakinlərə qarşı “etnik təmizləmə” həyata keçirildiyi barədə iddialar əsassızdır.

Azərbaycanın erməni sakinlərin reinteqrasiyası istiqamətində planları açıqladığı, bu istiqamətdə işlər həyata keçirildiyi, müvafiq portal vasitəsilə ermənilər tərəfindən daxil olan müraciətlərin nəzərdən keçirildiyi nazir tərəfindən bildirilib.

Daha sonra qarşılıqlı maraq doğuran ikitərəfli və regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

eighteen − 11 =