Ceyhun Bayramov Blinkenlə görüşündə Ermənistanın qəbuledilməz davranışını vurğulayıb

Ceyhun Bayramov Blinkenlə görüşündə Ermənistanın qəbuledilməz davranışını vurğulayıb

ABŞ-da səfərdə olan Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Birləşmiş Ştatların dövlət katibi Antoni Blinkenlə görüşüb.

C.Bayramov bu barədə tviter hesabında yazıb.

“ABŞ-a işgüzar səfərim çərçivəsində ABŞ dövlət katibi Antoni Blinkenlə görüşdüm. Görüşdə Azərbaycan və Ermənistan arasında sülh və normallaşma gündəliyi ətrafında fikir mübadiləsi aparıldı. Ermənistanın sülh səylərinə meydan oxuyan qəbuledilməz davranışı və sarsıdıcı səylərini vurğulandı”, – Azərbaycanın xarici siyasət idarəsinin rəhbəri qeyd edib.

BAKU.WS

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

eleven + 4 =