Ceyhun Bayramov İran xalqına təbrik müraciəti ünvanladı

Ceyhun Bayramov İran xalqına təbrik müraciəti ünvanladı

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov İslam İnqilabı qələbəsinin ildönümü günü münasibətilə İran İslam Respublikasının xarici işlər naziri Məhəmməd Cavad Zərifə ünvanladığı təbrik müraciətində iki ölkə arasında mövcud olan dostluq münasibətlərinə işarə ilə bildirib ki, qarşılıqlı anlaşma əsasında qurulmuş münasibət və əməkdaşlıqların gələcəkdə də davam edəcəyinə əmin olduğunu vurğulayıb.

Ceyhun Bayramov həmçinin bu müraciətdə Azərbaycan Respublikası-İran həmkarlıqlarının regional və beynəlxalq səviyyələrdə davam etməsinə təkid edib.

Xatırladaq ki, İran İslam Respublikasının banisi İmam Xomeyni(r.ə)-in rəhbərliyi ilə əzəmətli İslam İnqilabı 42 il bundan öncə 1357-ci günəş ili bəhmən ayının 22-də, başqa sözlə, 1979-cu il fevral ayının on birində zəfər çalıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

one × 2 =