Ceyhun Bayramov: Regionda nəqliyyatla bağlı razılaşmalara daha çox diqqət ayrılmalıdır

Ceyhun Bayramov: Regionda nəqliyyatla bağlı razılaşmalara daha çox diqqət ayrılmalıdır

Hesab edirik ki, regionda nəqliyyat əlaqələrinin açılmasına böyük diqqət ayırmaq lazımdır.

Bu sözləri xarici işlər naziri Ceyhun Bayramov mayın 11-də rusiyalı həmkarı Sergey Lavrovla birgə mətbuat konfransında deyib.

Nazir bildirib ki, hazırlıq xarakteri daşıyan işlər intensiv şəkildə davam edir. Artıq üçtərəfli işçi qrupunun sədrlərinin 6 iclası keçirilib. Orada böyük həcmdə işlər var və bu məsələlər üzərində ekspert yarımqrupları işləyir. Bəzi məsələlərdə irəliləyiş digərləri ilə müqayisədə daha çoxdur. Buna həm də Ermənistandakı daxili siyasi vəziyyət də təsir edir. Hesab edirik ki, nəqliyyatla bağlı razılaşmalara daha çox diqqət ayrılmalıdır. Əminəm ki, tezliklə bəzi nəqliyyat marşrutları ilə bağlı işlərin başlamasının şahidi olacağıq.

Apa

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

11 − five =