Ceyhun Bayramov Türkiyəni təbrik etdi

Ceyhun Bayramov Türkiyəni təbrik etdi

Xarici işlər naziri Ceyhun Bayramov Türkiyəni Cümhuriyyət Günü münasibətilə təbrik edib.

“Qafqazinfo” xəbər verir ki, XİN rəhbəri bu barədə öz rəsmi tviter hesabında paylaşım edib.

“Qardaş Türkiyənin Cümhuriyyət Gününü təbrik edir, ən xoş və səmimi arzularımı çatdırıram. Əminəm ki, Azərbaycan-Türkiyə qardaşlığı və müttəfiqliyi gündən-günə güclənəcək, ölkələrimizin tərəqqisinə və rifahına xidmət edəcək. Cümhuriyyət Gününüz kutlu olsun!”, – deyə nazir paylaşımında qeyd edib.

Qafqazinfo.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

one × 3 =