“ChatGPT” bütün dünyada sıradan çıxdı
Dünyanın hər yerindən olan istifadəçilər “ChatGPT” saytının işləmədiyini bildirirlər.
Oxu.Az-ın xəbərinə görə, bu barədə “Downdetector” nəşri məlumat verib.
Məlumata görə, problemlər iki saat əvvəl başlayıb və hələ də davam edir. Portuqaliya, Koreya, ABŞ, Ukrayna və bir çox başqa ölkələrdən bununla bağlı xəbərlər daxil olur.
“ChatGPT”yə daxil olmağa cəhd etdikdə, serverdə xəta və “nasaz şlüz” haqqında servis məlumat ortaya çıxır.
Şirkət hələlik hadisə ilə bağlı açıqlama verməyib.