CİA İsrailə kömək üçün qruplar yaradıb

CİA İsrailə kömək üçün qruplar yaradıb

Amerika Baş Kəşfiyyat Təşkilatı CİA 7 oktyabr Əl Əqsa Tufanı əməliyyatından sonra Həmas liderlərinin məkanının təyin olunması sahəsində İsrail rejiminə dəstək məqsədilə mütəşəkkil qruplar yaradıb.

Fars İnformasiya Agentliyinin məlumatına əsasən, New York Times CİA-nın Həmas liderlərinin məkanlarının təyin edilməsində İsrail üçün kəşfiyyat qruplarını yaratmasından xəbər verərək elan edib ki, 7 oktyabrdan etibarən bu qruplar Fələstin İslami Müqavimət dəstələrinin yüksək rütməli üzvlərinin yerlərinin təyin olunması, onların məhv edilməsi sahəsində İsrailə kömək edir.

Xatırladaq ki, ötən ilin 7 oktyabrında Həmas ilə Fələstində sionist rejimin təcavüzkarlıqlarına etiraz olaraq 3000 raketdən ibarət olaraq aviazərbələr endirdi və eyni zamanda Qəzza-İsrail səddini aşaraq sionistlərin hərbi bazalarına hücum etdi. Bu hücumda 1400 sionist həlak oldu və musiqi festivalında 260 nəfər məhv edildi. Tel Əviv də bu hücumu bəhanə edərək Qəzzə zolağına aviazərbələr endirərək bu günə qədər 23 minə yaxın insanın həlak olması, 2 milyon qəzzəlinin isə evlərindən didərgin düşməsinə səbəb oldu. Müharibə 3 aydan çoxdur ki, davam edir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

one × three =