Çili Prezidenti kompromisçilərin burnunu yerə sürtdü!

Çili Prezidenti kompromisçilərin burnunu yerə sürtdü!

Çili Prezidenti bu yaxınlarda 17 yaşlı fələstinli gəncin sionist rejim cinayətkarlarının əli ilə şəhid olmasına etiraz olaraq bu rejimin ölkəsindəki yeni səfirinin etimadnaməsini qəbul etməkdən imtina edib.

Bu addımı ilə əslində, o, Tel-Əvivə səfər edən və qatillərlə əl sıxan Məğrib ordusunun komandanı və BƏƏ Xarici İşlər naziri üçün zərrə qədər şərəf və ehtiram da qoymadı.

Çili Prezidentinin tamamilə insani reaksiyası kompromisçilərin, o cümlədən generalların və kralların, diplomatların və onların mediasının burnunu yerə sürtdü, çünki Məğrib ordusunun komandanı general Faruk Belxir sinost bayrağına təzim edərək baş əyir və sionistlərin “Tseilim” bazasında işğalçı generallarla görüşür və BƏƏ Xarici İşlər naziri Tel-Əvivdə sionist rejimlə kompromis razılaşmasının iki illiyini həyasızcasına qeyd edir. Halbuki, bu rejim fələstinli uşaqların qatilidir.

Ərəb ordusunun ilk komandanının sionist rejimin generalları ilə əl sıxması bir neçə onilliklər ərzində işğalçı qüvvələrə qarşı döyüşərək minlərlə şəhid verən İslam ümmətinin ideallarından tamamilə uzaqdır.

Bundan əlavə, bu, şübhəsiz ki, Məğrib əhalisi tərəfindən pislənəcək bir rüsvayçı hərəkətdir.

Məğrib xalqının işğalçı rejimlə qarşı-qarşıya qalmaq və normallaşmaya qarşı qalxmaq kimi qürurlu bir tarixi var. Digər tərəfdən, Məğrib ordusu komandirinin sionist generallarla əl sıxması bu rejimin Rubatdakı səfirinin Məğrib qadınlarına hücum etmək və onları narahat etmək qalmaqalı ilə eyni vaxta düşüb. Bu məsələ heç vaxt məğriblilərin zehnindən silinməyəcək.

Təhlilçilərin nəzərincə, işğalçı rejimlə iki illik kompromisdən sonra BƏƏ bu kompromisdən fayda görməyib, əksinə BƏƏ irqçilik, fələstinli uşaqlara və millətə qarşı çoxsaylı cinayətlər törətməkdə rejimə pulsuz xidmət göstərir. Bütün dünyada sionistlərin Fələstin, İslam və Xristianların müqəddəs məkanlarının təhqir etməsi, minlərlə məhbusu həbs etmək və işgəncə vermək və müqavimət liderlərini öldürmək siyasətinin şahididir.

Kompromis rəhbərləri, xüsusən də Məğrib və BƏƏ bilməlidirlər ki, normallaşma sonda uğursuzluğa düçar olacaq, çünki Fələstin məsələsi əbədidir və dünyada milyonlarla insanın qəlbində qalacaq.

 Dünyada milyonlarla insan hələ də sionist uşaq qatillərini rədd edir. Yaxşı olar ki, kompromis liderləri çox gec olmadan Fələstin məsələsini öz diplomatiyalarına qaytarsınlar.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

thirteen + 15 =